Oğur anasını öldürüb çamadanda gizlətdi
Dünya
Sankt-Peterburqda yeniyetmə veyp çəkməsinə icazə vermədiyi üçün 38 yaşlı anası ilə mübahisə edib və onu boğaraq öldürüb.
News24.az xəbər verir ki, o, daha sonra qadının cəsədini çamadana yerləşdirərək Parqolovo qəsəbəsindəki parklardan birində gizlədib.
Polisin məlumatına görə, hadisə noyabrın 2-də Yukkovski şosesində yerləşən mənzildə baş verib. Qadın təxminən iki həftə ərzində yaxınları ilə əlaqə saxlamayıb. Noyabrın 11-də bacısı polisə müraciət edib.
Ertəsi gün mərhumun oğlu saxlanılıb.
Qadının cəsədinin olduğu çamadan isə Yukkovski çayının yaxınlığında aşkarlanıb.