Hasan Atilla Uğur barəsində saxlanılma qərarı verildi

Hasan Atilla Uğur barəsində saxlanılma qərarı verildi Dünya

Türkiyədə keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada ölümü ilə bağlı istintaq çərçivəsində yeni əməliyyat keçirilib.

News24.az xəbər verir ki, araşdırmanın 4-cü mərhələsində üç nəfər saxlanılıb. Kiprdə olduğu müəyyən edilən və istefada olan polis polkovniki Hasan Atilla Uğur barəsində də saxlanılma qərarı verilib.

Hazırda həbsdə olan yutubçu Oğuzhan Uğurun atası - Hasan Atilla Uğur hələ saxlanılmayıb.

Qeyd edək ki, Kaşif Kozinoğlu 2011-ci ildə Silivri həbsxanasında müalicə olunarkən vəfat edib. Onun ölümü ilə bağlı araşdırmada həmin vaxt həbsxanada olan şəxslər və hadisə ilə əlaqəli bəzi keçmiş prokurorlar da saxlanılıb.