Öldü bilib morqa qoydular, oyanıb siqaret istədi
Dünya
Nigeriyada motosiklet qəzasından sonra öldüyü zənn edilən kişi morqda bir neçə saat sonra ayılıb və siqaret istəyib.
News24.az xəbər verir ki, bu barədə “Pulse.ng” məlumat yayıb.
Adı açıqlanmayan motosikletçi qəza keçirdikdən sonra ölü bilinərək morqa yerləşdirilib. Bir neçə saat sonra o, özünə gəlib, ayağa qalxıb və ilk olaraq siqaretlə alışqan istəyib.
Hadisə hər kəsi şoka salıb.