Öldü bilib yas saxladılar, 10 gün sonra sağ tapıldı

Öldü bilib yas saxladılar, 10 gün sonra sağ tapıldı Dünya

Nepalda baş verən güclü sel fəlakəti zamanı itkin düşən Çandika Kumari Şrestha 10 gün sonra sağ tapılıb.

News24.az xəbər verir ki, Betravati bölgəsində itkin düşən qadının ailəsi uzun müddət ondan xəbər ala bilməyib.

Onun öldüyünü düşünən yaxınları 11 günlük yas mərasiminə başlayıblar.

Lakin 10 gün sonra Şresthanın sel sularının dağıtdığı dördmərtəbəli evinin dağıntıları arasında sağ qaldığı məlum olub.

Xilasedicilər evin ətrafında axtarış apararkən “Məni xilas edin” səsini eşidiblər. Təxminən 45 dəqiqəlik axtarışdan sonra qadın dar bir boşluqda tapılaraq dağıntılar altından çıxarılıb.

Şrestha daha sonra müalicə üçün hərbi xəstəxanaya aparılıb.