Öldüyünü sosial şəbəkədə elan etdi
Dünya
Bir müddətdir xərçənglə mübarizə aparan 25 yaşlı britaniyalı Daniella Tekrey “LinkedIn”də ölümünü əvvəlcədən yazdığı son mesajla elan edib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, Lidsdəki bir şirkətdə insan resursları mütəxəssisi kimi çalışan Tekrey "Əgər bunu oxuyursansa, bilin ki, xərçənglə mübarizədə uduzdum və ailəm mənim adımdan son mesajımı paylaşır" yazıb.
Yazı 8 mindən çox bəyənmə və 3 minə yaxın şərh toplayıb.