"Ölümsüz aktrisa" 36 yaşında vəfat etdi

"Ölümsüz aktrisa" 36 yaşında vəfat etdi Dünya

“Qəhrəmanlar” və “Neşvill” seriallarındakı rolları ilə tanınan amerikalı aktrisa Heyden Panettyeri 36 yaşında vəfat edib.

News24.az xəbər verir ki, aktrisanın ölümünü onun nümayəndəsi təsdiqləyib.

Aktrisanın ölüm səbəbi və hadisənin təfərrüatları hələ açıqlanmayıb.

Qeyd edək ki, Heyden Panettyeri aktyorluq karyerasına uşaq yaşlarında başlayıb.

O, 2006-2010-cu illərdə yayımlanan fantastik “Qəhrəmanlar” serialındakı Kler Bennet rolu ilə məşhurlaşıb. O, ekran işində ölümsüz qərəman obrazında olub.

Aktrisa həmçinin “Neşvill” musiqili dramında Cülyetta Barns obrazını canlandırıb və bu roluna görə iki dəfə “Qızıl Qlobus” mükafatına namizəd olub.

Onun çəkildiyi filmlər arasında “Titanları xatırla”, “Buz şahzadəsi”, “Qışqırıq 4” və “Qışqırıq 6” da var.

Panettyerinin “Instagram”da son paylaşımı iyulun 27-də yayımlanıb. Fotoda aktrisa fotoqraf Rendall Slavininlə birlikdə poza verib.

Qeyd edək ki, Heyden Panettyeri 2009-cu ildən boksçu Vladimir Kliçko ilə münasibətdə olub. Cütlük 2013-cü ildə nişanlanıb, 2018-ci ilin avqustunda isə ayrıldıqları məlum olub. Onların Kaya Yevdokiya Kliçko adlı qızları var. Kaya 9 dekabr 2014-cü ildə anadan olub.

"Ölümsüz aktrisa" 36 yaşında vəfat etdi