OMON-çular daha bir əməliyyat keçirdi - 200-dən çox şəxs saxlanıldı
Dünya
İrkutsk vilayətində "Rosqvardiya" xüsusi təyinatlıları OMON və SOBR ilə birlikdə qeyri-qanuni miqrantlara qarşı “Qanunsuz” adlı əməliyyat keçirib.
News24.az "Unikal"-a istinadən xəbər verir ki, bu barədə "Rosqvardiya"nın mətbuat xidməti məlumat yayıb.
"Nəticədə miqrasiya qanunlarını pozan 200-dən çox immiqrant və qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olan 50-yə yaxın işəgötürən müəyyən edilib.
Xarici vətəndaşların miqrasiya məqsədilə qondarma qeydiyyata alınması faktları üzrə 8 cinayət işi açılıb. Bundan əlavə, 20 qeyri-qanuni mühacir barəsində Rusiyadan deportasiya ilə bağlı sərəncamlar verilib", - deyə məlumatda qeyd olunub.
Saxlanılanlar arasında azərbaycanlıların oub-olmadığı hələlik məlum deyil.