Onilliklər əvvəl okeana atılmış çənlərlə bağlı ŞOK FAKTLAR

Onilliklər əvvəl okeana atılmış çənlərlə bağlı ŞOK FAKTLAR Dünya

Atlantik okeanının şimal-şərqində onilliklər əvvəl atılmış 200 mindən çox radioaktiv tullantı çəni aşkarlanıb. Alimlər onların bir qisminin korroziyaya uğradığını və tullantıların ətrafdakı lilə sızdığını müəyyən ediblər.

News24.az xəbər verir ki, Fransanın NODSSUM layihəsi çərçivəsində mayın 27-dən iyunun 28-dək keçirilən ekspedisiyada təxminən 30 alim iştirak edib. Tədqiqatçılar “Nautile” sualtı aparatı ilə 4,5 kilometrdən çox dərinliyə 20 dəfə eniş ediblər.

Araşdırma zamanı kobalt-60, niobium-94, həmçinin sezium-137 və amerisium-241 aşkarlanıb. Alimlər bəzi radionuklidlərin fon səviyyəsindən yüksək olduğunu bildiriblər.

Maraqlıdır ki, çənlərin üzərində anemon və süngərlər, ətrafında isə xərçəngkimilər məskunlaşıb. Bu canlıların radioaktiv maddələri mənimsəyib-mənimsəmədiyi isə hələ məlum deyil. Bunun üçün sudan, çöküntülərdən və canlılardan nümunələr götürülüb.

Məlumata görə, tullantılar beton və ya bitumla qarışdırılaraq metal çənlərdə saxlanılıb. Yalnız Fransa 1967 və 1969-cu illərdə okeana 46 mindən çox belə çən atıb. Digər Avropa ölkələri də həmin ərazidən istifadə edib.

Ötən il aparılan xəritələşdirmə zamanı 3 355 çən aşkar edilib və minlərlə nümunə toplanıb. Alimlər hazırkı ekspedisiya zamanı həmin məlumatlar əsasında konkret çənləri daha ətraflı araşdırıblar.