“Onlar evdə qalmalıdırlar” – Almaniya Kanslerindən sərt mesaj
Dünya
Almaniya Kansleri Fridrix Merts Ukrayna Prezidenti Vladimir Zelenskidən ölkədə korrupsiya ilə daha ciddi mübarizə aparmağı və gənc ukraynalıların ölkədən getməsinin qarşısını almağı tələb edib.
News24.az xəbər verir ki, Merts bildirib: “Ukraynalılar öz ölkələrinə xidmət etməli, Almaniyaya köçməməlidirlər”.
O qeyd edib ki, bu barədə Zelenskiyə birbaşa görüş zamanı müraciət edib. Kanslerin sözlərinə görə, Almaniya öz ölkəsini qorumağa borclu olan şəxsləri qəbul edə bilməz.
Bundan əlavə, Almaniya hökuməti ukraynalı qaçqınlara verilən müavinətləri azaltmağı və onları daha aşağı səviyyəli sosial yardımlara keçirməyi planlaşdırır.