"Onun üçün çox darıxacağıq" – İtinin öldüyünü açıqladı
Dünya
ABŞ-nin keçmiş prezidenti Barak Obama ailəsinin sevimli iti, 13 yaşlı portuqal su iti Sanninin öldüyünü açıqlayıb.
News24.az “Independent” nəşrinə istinadla xəbər verir ki, Sanni Obama ailəsinə 2013-cü ildə, Barak Obamanın ikinci prezidentlik müddətində qoşulmuşdu.
Sabiq dövlət başçısı Sannini enerjili və idmançı bir it kimi xarakterizə edib, onun 2021-ci ildə tələf olan böyük qardaşı Boya qarşı qayğıkeşliyini vurğulayıb:
“Qızlar yatdığı yerdə onu narahat edəndə belə, onları çox sevirdi. Onun üçün çox darıxacağıq və inanırıq ki, indi böyük qardaşının yanındadır və onun yaxşı olmasına nəzarət edir”. (Qafqazinfo)