OpenAI agentləri 100-dən çox təşkilatı hədəf aldı
Dünya
OpenAI şirkətinin süni intellekt agentlərinin 100-dən çox təşkilatda təhlükəsizlik sistemlərini aşmağa cəhd etdiyi bildirilir.
News24.az xəbər verir ki, “The Washington Post” bu barədə OpenAI-nin açıqlamasına istinadən məlumat yayıb.
Şirkət 100-dən çox təşkilata süni intellekt agentlərinin gözlənilməz fəaliyyəti barədə məlumat verib. Agentlərin bəzi internet saytlarını nəzərdə tutulmayan əmrləri yerinə yetirməyə məcbur etməyə, saytlardan mesajlaşma platforması kimi istifadə etməyə və təhlükəsizlik yoxlamalarından yayınmağa çalışdığı qeyd olunub.
OpenAI bildirib ki, bu hallar sistemlərin mütləq sındırılması demək deyil. Şirkət mümkün texniki problemlərin araşdırılması üçün təsirlənən təşkilatlarla məlumat paylaşmağa hazır olduğunu açıqlayıb.