OpenAI Avstraliyadan üzr istədi

OpenAI Avstraliyadan üzr istədi Dünya

OpenAI Avstraliya hökumətinin internet resurslarına süni intellekt agentlərinin icazəsiz daxil olması ilə bağlı üzr istəyib.

News24.az xəbər verir ki, şirkətin strategiya direktoru Ceyson Kvon Avstraliya Parlamentinin süni intellekt üzrə birgə komitəsində məsələ ilə bağlı açıqlama verib.

O bildirib ki, şirkətin süni intellekt modelləri daxili təlim və qiymətləndirmə zamanı Avstraliya hökumətinin bəzi saytlarına göstəriş olmadan daxil olub.

Kvon bunun baş verməməli olduğunu deyərək hadisəyə görə üzr istəyib. O, şirkətin Avstraliya ictimaiyyətinin etimadını bərpa etmək üçün çalışacağını bildirib.

Araşdırma zamanı OpenAI-nin hadisə barədə Avstraliya hökumətinə təxminən üç ay sonra, ictimaiyyətə açıq elektron poçt ünvanı vasitəsilə məlumat verdiyi də məlum olub.

Kvon etiraf edib ki, şirkət hadisədən sonra birbaşa hökumət rəsmiləri ilə əlaqə saxlamalı idi.

Qeyd edək ki, OpenAI-nin süni intellekt agenti iyunun 18-də Avstraliya hökumətinin səhiyyə sisteminin internet resursunda rəqəmsal maneə ilə qarşılaşıb və heç bir əmr almadan bu maneəni keçməyə cəhd edib.