Orban Aİ-ni məhkəməyə verir?

Orban Aİ-ni məhkəməyə verir? Dünya

Macarıstanın Baş naziri Viktor Orban Rusiyadan qaz idxalının tədricən dayandırılması ilə bağlı qəbul edilən qərara görə Avropa İttifaqını məhkəməyə verəcəyini bəyan edib.

News24.az xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.

Orbanın bildirib ki, qərar qanunsuzdur və Avropa dəyərlərinə ziddir, həmçinin sanksiya tədbiri deyil, ticarət siyasəti addımı kimi qiymətləndirilməlidir.

“Sanksiyaların tətbiqi üçün Aİ-də yekdillik tələb olunur, lakin ticarət siyasəti ilə bağlı qərarların qəbul edilməsi üçün çoxluq kifayətdir”, – o qeyd edib.