Orhan Gencebayın ölüm xəbəri yayıldı, amma...

Orhan Gencebayın ölüm xəbəri yayıldı, amma... Dünya
Sosial şəbəkələrdə türkiyəli müğənni Orhan Gencebayın dünyasını dəyişdiyi barədə xəbər yayılıb.

News24.az xəbər verir ki, ifaşının oğlu Altan Gencebay atasının səhhətinin çox yaxşı olduğunu, paylaşılan xəbərin yalan olduğunu bildirib. 

Yayılan xəbərlə bağlı açıqlama verən O.Gencebay bunları deyib: 

"Allaha şükür yaxşıyıq. Vaxtımız hələ bitməyib. Biz Rəbbimizə təslim olan insanlarıq. O nə desə, olacaq. Şükür Allaha. Yaxşıyıq. Ən səmimi sevgi və salamlarımı göndərirəm. Bəziləri belə zarafat edib. Ağır zarafatdır. Amma bunları ömrümüz boyu 15-20 dəfə yaşamışıq, öyrəşmişik. Əvvəllər də yaşamışıq, belə şeylər baş verib. Hal-hazırda səhhətimiz yaxşıdır. Bütün əziz dostlarıma və əzizlərimə ən səmimi sevgi və salamlarımı göndərirəm". /TRT Haber/