Oskar mükafatlı aktrisa Fələstini dəstəklədiyini - AÇIQLADI

Oskar mükafatlı aktrisa Fələstini dəstəklədiyini - AÇIQLADI Dünya

Oskarlı amerikalı aktrisa Susan Sarandon Fələstinə dəstəyini açıqlayaraq X sosial şəbəkəsində paylaşım edib.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

“Qəzzada baş verənlərlə maraqlanmaq üçün fələstinli olmaq lazım deyil. Mən Fələstinin yanındayam" 

Qeyd edək ki, oktyabrın 21-də Sarandon, Joaquin Phoenix, Cate Blanchett, Jon Stewart, Kristen Stewart, Mahershala Ali və Riz Əhməd kimi məşhur adların da olduğu 55 sənətçi və fəala ABŞ prezidenti Co Bayden İsrail və Fələstin arasında atəşkəs tələb edən məktub göndərdi. 

Ülkər Abdurahmanlı