Ötən sutka Günəşdə 16 partlayış qeydə alınıb
Dünya
Alimlər son 24 saat ərzində Günəş aktivliyinin əhəmiyyətli dərəcədə artdığını müşahidə ediblər.
News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
Bildirilib ki, bu müddətdə 16 Günəş partlayışı qeydə alınıb.
Məlumata görə, qeydə alınan partlayışlardan biri güclü M sinfinə aid olub. Digər partlayışların əksəriyyəti isə zəif və orta güclü kimi qiymətləndirilib.
Alimlər aktivliyin bir neçə Günəş ləkəsi qrupunda eyni vaxtda artdığını bildiriblər.