Özbəkistan Ay və Marsın tədqiqinə qoşulur

Özbəkistan Ay və Marsın tədqiqinə qoşulur Dünya

Özbəkistan Ayın, Marsın, kometlərin və asteroidlərin dinc məqsədlərlə tədqiqi və istifadəsi üzrə beynəlxalq əməkdaşlıq prinsiplərini müəyyən edən "Artemida" sazişinə qoşulub.

News24.az xəbər verir ki, Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidovun məlumatına görə, bununla bağlı ABŞ dövlət katibi Marko Rubio ilə saziş imzalanıb.

Sənəd NASA ilə əməkdaşlığın genişləndirilməsi, mütəxəssislərin hazırlanması və kosmik texnologiyaların ötürülməsi üçün yeni imkanlar yaradacaq.

Bununla Özbəkistan "Artemida" Sazişlərini imzalayan 77-ci ölkə olub. Saziş Ay, Mars, kometlər və asteroidlərin dinc məqsədlərlə tədqiqi prinsiplərini müəyyən edir.