Özcan Deniz qardaşını ölümlə hədələməkdə ittiham olunur
Dünya
Türkiyəli müğənni və aktyor Özcan Denizlə qardaşı Ercan Deniz arasında yaşanan mübahisə yeni mərhələyə keçib. Ercan Deniz qardaşının onu ölümlə hədələdiyini iddia edərək İstanbul Baş Prokurorluğuna şikayət ərizəsi təqdim edib.
News24.az "Hürriyet"ə istinadən xəbər verir ki, prokurorluğa təqdim olunan ərizədə hadisənin 5 aprel 2026-cı ildə baş verdiyi qeyd olunub. İddiaya əsasən, həmin gün Ercan Denizin mobil telefonuna Özcan Denizin meneceri Erhan K. tərəfindən səs yazısı göndərilib.
Ercan Denizin iddiasına görə, səs yazısında Özcan Denizə aid olduğu bildirilən səs "Bu günə qədər etdiklərinlə öz ayağına atəş açdın. Bundan sonra da öz etdiklərinlə öz başına atəş açarsan, xəbəriniz olsun" məzmununda ifadələr işlədib.
Ercan Denizin vəkili ərizəsində bu sözlərin müvəkkilinin həyatına qarşı birbaşa təhdid xarakteri daşıdığını bildirib.
Ercan Deniz isə başına gələ biləcək hər hansı qəza və ya hücuma görə Özcan Denizi məsul tutduğunu açıqlayıb. O, səs yazısındakı şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün ekspertiza keçirilməsini də tələb edib.
Qeyd edək ki, Ercan Deniz və bacısı Yurda Deniz digər bacıları Sibel Deniz Semerci barədə də təhqir ittihamı ilə şikayətçi olublar. Bu iş üzrə Özcan Deniz sentyabrın 29-da Aydın Ədliyyə Sarayına şahid qismində ifadə verməyə gedib.
Məhkəmədən sonra açıqlama verən Özcan Deniz bacısı Sibel Deniz Semercini müdafiə edib. O, bacısının ifadələrinin təhqir olmadığını, anasını və kiçik qardaşını qorumaq məqsədilə reaksiya verdiyini bildirib.
Məhkəmə Sibel Deniz Semerci ilə bağlı əvvəlcədən ödəniş qərarı çıxarıb. Ödəniş həyata keçirildiyi təqdirdə işə xitam veriləcəyi bildirilib. (Demokrat.az)