Paşinyan Ermənistanı çırpınan quşa bənzətdi – VİDEO

Paşinyan Ermənistanı çırpınan quşa bənzətdi – VİDEO Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkədə paylaşdığı video ilə diqqət çəkib.

News24.az xəbər verir ki, videoda şüşəyə dəfələrlə çırpılaraq çıxış yolu axtaran quş əks olunub.

Paşinyan quşu Ermənistanın tarixi ilə müqayisə edərək bildirib ki, o, saatlarla şüşəyə çırpılsa da, azadlığa çıxa bilmir. Halbuki yaxınlıqda açıq qapı var və çıxış yolu da məhz ordadır.

Baş nazir qeyd edib ki, quşun xilas yolu əvvəlki davranışından imtina edib başqa istiqamət seçməkdir. Onun sözlərinə görə, Ermənistanın tarixindən çıxarılmalı əsas dərs də məhz budur.

Paşinyan paylaşımını "Tarix dərslərinin gözlənilməz paralelləri" sözləri ilə təqdim edib.