Paşinyan Rusiya hərbi bazasından danışdı: “Zərurət deyil”

Paşinyan Rusiya hərbi bazasından danışdı: “Zərurət deyil” Dünya

Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılması məsələsi Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edilməyib”.

News24.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib.

“Rusiya hərbi bazasına gəlincə, belə bir müzakirə olmayıb. Biz bu müddət ərzində heç vaxt 102-ci Rusiya hərbi bazası məsələsini gündəmə gətirməmişik. Bununla belə, Rusiyanın hərbi bazasının Ermənistanda mövcudluğunu həyati zərurət hesab etmirik”, – Paşinyan deyib.

Onun sözlərinə görə, Rusiya hərbi bazanı Ermənistan ərazisindən çıxarmaq qərarına gəlsə, İrəvan buna qarşı çıxmayacaq. Lakin Rusiya tərəfi bazanı Ermənistanda saxlamaq istəsə, biz bu məsələni də müzakirə etməyə hazırıq.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bildirib ki, Ermənistan Qümrüdə Rusiya hərbi bazasına ehtiyacı olmadığını düşünürsə, biz sabah belə çıxıb gedə bilərik”.