Pakistan Əfqanıstanla sərhəddə əməliyyat keçirdi - Çox sayda ölən var
Dünya
Pakistan hökuməti təhlükəsizlik qüvvələrinin Pakistan–Əfqanıstan sərhədi boyunca silahlı qruplara qarşı quru əməliyyatı keçirdiyini açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə Pakistanın İnformasiya naziri Attaullah Tarar məlumat verib.
Onun sözlərinə görə, əməliyyat çərçivəsində silahlı qruplaşmaların sığınacaqları və mövqelərinə dəqiq zərbələr endirilib.
Pakistan hakimiyyətinin bildirdiyinə görə, əməliyyat zamanı 29 nəfər öldürülüb.
Nazir qeyd edib ki, əməliyyat ölkə ərazisində son dövrlərdə baş vermiş çoxsaylı silahlı hücumlara cavab olaraq həyata keçirilib.
Pakistan rəsmiləri əməliyyatın terrorçu qruplaşmaların fəaliyyət imkanlarının məhdudlaşdırılmasına yönəldiyini bildiriblər. /Mizan Online/