Pakistan Əfqanıstanı bombaladı - 11 uşaq öldü

Pakistan Əfqanıstanı bombaladı - 11 uşaq öldü Dünya

Pakistan Silahlı Qüvvələri Əfqanıstanın Kunar, Xost və Paktika əyalətlərinə zərbələr endirib.

News24.az xəbər verir ki, bu barədə Taliban hökumətinin nümayəndəsi Zabihullah Mujahid məlumat verib.

“Ötən gecə Pakistan hərbçiləri növbəti dəfə Əfqanıstanın hava məkanının sərhədlərini pozaraq Kunar, Xost və Paktika əyalətlərində yaşayış evlərini bombalayıblar. Bu hücumlar nəticəsində 11 uşaq, 1 qadın və 1 yaşlı kişi həlak olub, daha 14 qadın və uşaq yaralanıb”, - deyə Mujahid “X” sosial şəbəkəsində yazıb.