Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi - Foto
Dünya
Pakistanın Xayber-Paxtunxva əyalətinin Kohat bölgəsində baş verən silahlı hücum nəticəsində 11 polis əməkdaşı həlak olub.
News24.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi xilasetmə xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.Hücum edənlər qanunsuz qızıl hasilatının qarşısını almaq məqsədilə reyd keçirməyə gedən polis qrupuna atəş açıblar. Nəticədə tərəflər arasında atışma başlayıb.
Hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıblar.