Pakistanda atışma: ölənlər var – YENİLƏNDİ
Dünya
Kəraçidə terrorçuların hücumu nəticəsində azı 6 nəfər həlak olub.
News24.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, həlak olanlardan 3-ü "Reyncer" qüvvələrinin əməkdaşıdır. Digər 3-ü isə hadisə yerində zərərsizləşdirilən terrorçudur.
**20:16
Pakistanın ən böyük şəhəri olan Kəraçidə atışma olub, partlayış baş verib.
News24.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Bildirilir ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib, hazırda atışmanın baş verdiyi ərazi mühasirəyə alınıb.
Təfərrüatlar barədə məlumat hələ ki verilməyib.