Pakistanda güclü zəlzələ oldu
Dünya
Bu gün səhər saatlarında Pakistanın Bəlucistan əyalətində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Almaniya Geoelmlər Araşdırma Mərkəzi (GFZ) məlumat yayıb.
Zəlzələnin ocağı Xuzdar dairəsində təxminən 10 km dərinlikdə yerləşib.
Dağıntılar barədə məlumat daxil olmayıb.