Pakistanda minlərlə insan küçələrə axışdı

Pakistanda minlərlə insan küçələrə axışdı Dünya
Pakistanda bir neçə min insan cümə günü İsveçdə Quranın yandırılmasına etiraz etmək üçün küçələrə axışıb.

News24.az​​​ yerli mediaya istinadən xəbər verir ki, Pakistanın bütün böyük şəhərlərində, o cümlədən İslamabad, Lahor, Kəraçi və bir çox başqa şəhərlərdə cümə namazından sonra etirazlar keçirilib.

Belə ki, İslamabadda keçirilən etiraz aksiyasında İsveç bayrağı yandırılıb və Stokholmla diplomatik əlaqələrin kəsilməsinə çağırışlar edilib.