Pakistanda partlayışda ölənlərin sayı artdı – YENİLƏNDİ

Pakistanda partlayışda ölənlərin sayı artdı – YENİLƏNDİ Dünya

Pakistanın Xeybər-Paxtunxva əyalətində baş verən partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə yüksəlib.

News24.az xəbər verir ki, hadisə Dera-İsmayıl-Xan rayonunun Darazinda yaşayış məntəqəsi yaxınlığında baş verib. Bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Partlayış nəticəsində 35-dən çox şəxsin yaralandığı bildirilir. İlkin məlumata görə, terrorçu partlayıcı maddələrlə doldurulmuş traktor qoşqusunu “Aman-Mela” polis nəzarət-buraxılış məntəqəsinə sürüb.

Güclü partlayış nəticəsində polis məntəqəsinin binası və ətrafdakı bir sıra tikililər ciddi zərər görüb. Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd olunur ki, son aylarda Xeybər-Paxtunxva əyalətində terror hücumlarının sayı artıb. Təkcə avqust ayında bölgədə 54 belə hadisə qeydə alınıb.

***16:01

Pakistanın şimal-qərbində yerləşən Dera İsmayıl Xan şəhərində baş verən partlayış nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə “Reuters“ Pakistanın təcili yardım xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə yerinə təcili yardım və xilasetmə qrupları cəlb olunub.

Partlayışın səbəbi və hadisənin məsul şəxsləri barədə hələlik əlavə məlumat açıqlanmayıb.