Panamada 7.2 bal gücündə zəlzələ: Yüzlərlə bina dağıldı, yaralılar var

Panamada 7.2 bal gücündə zəlzələ: Yüzlərlə bina dağıldı, yaralılar var Dünya

Panamada baş verən güclü zəlzələ nəticəsində 20-dən çox insan xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə EFE agentliyi ölkənin Milli Mülki Müdafiə Sisteminə (Sinaproc) istinadən məlumat yayıb.

Məlumata görə, 300 nəfər təxliyə edilib, 400-dən çox binaya ziyan dəyib. Zərər çəkən obyektlər arasında 118 təhsil müəssisəsi də var.

Təbii fəlakət nəticəsində ölənlərlər bağlı məlumat yoxdur.

Qeyd vedək ki, maqnitudası 7,2 olan zəlzələ cümə günü baş verib.

Panama Universitetinin Geologiya Elmləri İnstitutunun məlumatına görə, zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib, episentri isə Tonosi şəhərindən 39 kilometr şimal-qərbdə qeydə alınıb.

Əsas təkanlardan sonra bölgədə çoxsaylı təkrar seysmik hadisələr də baş verib.