Papa ABŞ və Venesuelaya sülh çağırışı etdi
Dünya
Roma papası və katoliklərin ruhani lideri Papa XIV Leo ABŞ və Venesuela arasında artan gərginlik fonunda sülhə və dialoqa çağırış edib.
News24.az xəbər verir ki, Papa bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O, problemlərin zorakılıqla deyil, dialoq yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb:
“Biz zorakılıqla qalib gələ bilmərik. Problemlərin həlli üçün dialoq və düzgün yol axtarmalıyıq", – deyə Papa XIV Leo bildirib.
Yaxın Şərqdə davam edən atəşkəs prosesinə də toxunan Papa qeyd edib:
“Şükürlər olsun ki, sülh sazişinin birinci mərhələsi hələ də qüvvədədir, lakin çox kövrəkdir. İndi əsas məsələ ikinci mərhələyə keçid, idarəçilik və bütün xalqların hüquqlarının təminidir".