Rusiyadakı terror aktında Paralimpiya yığmasının üzvü öldü - FOTO
Dünya
Stolüstü tennis üzrə Rusiya Paralimpiya yığmasının üzvü Yekaterina Popova Crocus City Hallda baş verən terror aktı zamanı dünyasını dəyişib.
News24.az xəbər verir ki, bu baradə Rusiya KİV-i məlumat yayıb.
Qeyd edək ki, 39 yaşlı idmançı, idman ustası, ikiqat ölkə çempionu Rusiya yığmasının heyətində Avropa çempionatında və digər beynəlxalq yarışlarda iştirak edib.
(Foto: Rusiya Paralimpiya Komitəsi)
Günel Məlikzadə