Paris vağzalında panika: polis bıçaqlı şəxsi zərərsizləşdirdi
Dünya
Parisdə Monparnas vağzalında bıçaqlı insident yaşanıb.
News24.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Paris Prokurorluğu məlumat yayıb.
Polis vağzalda bıçaqlı şəxsi zərərsizləşdirməyə çalışıb, bu zaman həmin şəxs özünə xəsarətlər yetirməyə başlayıb.
Məlumata görə, həmin şəxs vağzala gəlmədən əvvəl həyat yoldaşını və uşaqları bıçaqla hədələyib, daha sonra qatara minərək sözügedən vağzala gəlib. Artıq məlumatı alan polis onu vağzalda gözləyib. Bıçaqlı şəxsi zərərsizləşdirmək üçün polis odlu silahdan istifadə edib.
Vağzal ərazisi təxliyə edilib.