Paris zülmətə qərq oldu: şəhərdə nə baş verdi?
Dünya
Fransanın paytaxtı Parisdə kütləvi elektrik kəsintisi baş verib, şəhər iflic vəziyyətinə düşüb.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Təxminən 170 min ev işıqsız qalıb. Küçələrdə işıqlar sönüb, işıqforlar bir neçə saat işləməyib, şəhərətrafı qatar xətləri fəaliyyətini dayandırıb.
Məlumata görə, hadisəyə səbəb şəhərin cənub-qərbində yerləşən yarımstansiyalardan birində baş verən texniki nasazlıq olub.
Elektrik təchizatı və nəqliyyatın hərəkəti yerli vaxtla saat 19:00-dan etibarən tam bərpa edilib.