Parisdə sinaqoq yaxınlığında həyəcan: yüzlərlə sakin təxliyə edildi

Parisdə sinaqoq yaxınlığında həyəcan: yüzlərlə sakin təxliyə edildi Dünya

Fransanın paytaxtı Parisin çoxmillətli və yəhudi icmasının sıx yaşadığı Sarssel qəsəbəsində sinaqoq yaxınlığında aşkarlanan şübhəli avtomobil səbəbindən təxminən 300 nəfər təxliyə edilib.

News24.az xəbər verir ki, hadisə barədə Fransanın daxili işlər naziri Loran Nünez məlumat verib.

Onun sözlərinə görə, təhlükəsizlik məqsədilə ərazi mühasirəyə alınıb və sakinlər yaxınlıqdakı məhəllədən çıxarılıb. Hazırda hüquq-mühafizə orqanları avtomobili yoxlayır.

Rəsmilər hadisənin təfərrüatları və avtomobildə hər hansı təhlükəli əşyanın olub-olmaması ilə bağlı araşdırmaların davam etdiyini bildiriblər. (Reuters)