Partiya binasında 23 yaşlı gəncə işgəncə verildi

Partiya binasında 23 yaşlı gəncə işgəncə verildi Dünya
Türkiyədə partiya binasında 23 yaşlı gəncə işgəncə verilib. 

News24.az
xəbər verir ki, hadisə Adanada yaşanıb. 

Məlumata görə, Furkan Ç. noyabrın 27-də ailəsi tərəfindən xəsarətlərlə Çukurova Dövlət Xəstəxanasına aparılıb.

Xəstəxanada müalicə alan Furkan Ç-nin hər iki ayağının sındığı, dilində, qulağında və başında müxtəlif yaraların olduğu müəyyən edilib.

Zərərçəkənin ailəsi oğullarının noyabrın 26-da aldadılaraq aparıldığı "Ana Vətən Partiyası"nın mərkəz Seyhan mahalı Mithatpaşa Məhəlləsində yerləşən  İl Başkanlığı binasında işgəncələrə məruz qalması iddiası ilə polisə müraciət edib.

Ailə həmçinin Furkan Ç-nin partiya binasından sonra Karasoku məhəlləsindəki ofisə aparıldığının, burada da işgəncələrə məruz qaldığını, 450 lirə ilə şəxsiyyət vəsiqəsinin oğurlandığını, hədə-qorxu ilə ondan 150 min lirə tələb edildiyini deyib. 

Şübhəlilərin istədikləri pulu almaq üçün kəndirlə bağladıqları Furkan Ç-ni təpik, yumruq və çubuqla vurduqları, stepler ilə dilini, qulağını deşdikləri irəli sürülüb. 

İşgəncə iddiası ilə saxlanılan, "Ana Vətən Partiyası"nın İl sədri Mehmet Üveyik də daxil olmaqla 7 şübhəlidən 5-i həbs edilib. 

Teymur Məmmədov