Paşinyan bu deputatları cəzalandıracaq - FOTO
Rəsmi mənbələrə görə, Nikol Paşinyan dünən Roma Nizamnaməsi səsverməsində iştirak etməyən KP-nin 11 üzvünü cəzalandırmaq qərarına gəlib.
News24.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumatda hansı cəzadan söhbət getdiyinin bilinmədiyi qeyd olunub.
Əlavə edilib ki, parlament işinin başlamasına bir gün qalmış KP fraksiyasının iclasında xüsusi göstəriş verilib. Bildirilib ki, Roma Əsasnaməsinin ratifikasiyası siyasi qərardır və bunu bir nəfər kimi etmək lazımdır. Hətta, əgər həmin gün bəzi deputatlar xəstələnib sessiyaya gəlməsələr belə, ölümə yaxın deyillərsə, onlar gəlməyə məcburdurlar.
Bildirilib ki, bütün bəhanələr yaxın vaxtlarda araşdırılacaq və kimin cəzalandırılacağına ondan sonra qərar veriləcək.
Qeyd edək ki, xüsusilə Sergey Baqratyan və Şirak Torosyanın cəzalacağı iddia edilir.
Aynurə