Paşinyan debatda od püskürdü: "Siz bizi qorxudursunuz? "

Paşinyan debatda od püskürdü: "Siz bizi qorxudursunuz? " Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, zərurət yaranarsa, ölkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdnn çıxacaq.

News24.az xəbər verir ki, Baş nazir bu barədə Ermənistanın “İctimai Televiziya”sında keçirilən seçkiqabağı debatlar zamanı danışıb.

“Bəli, biz də KTMT-dən çıxacağıq. Siz bizi qorxudursunuz? Biz özümüz qərar verəcəyik və çıxacağıq”, – deyə Paşinyan parlament seçkilərində “Güclü Ermənistan” siyasi qüvvəsindən namizəd olan Narek Karapetyanın sualını cavablayarkən vurğulayıb.