Paşinyan Ermənistanın 20 illik planını açıqladı
Dünya
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin gələcəkdə Avropa İttifaqının (Aİ) üzvü olmasını hədəflədiyini açıqlayıb.
News24.az xəbər verir ki, Paşinyan bu barədə Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda çıxışı zamanı danışıb.
Baş nazir bildirib ki, Ermənistanı 20 ildən sonra Avropa İttifaqının tərkibində görür.
Qeyd edək ki, 2025-ci ilin martında Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanmasını nəzərdə tutan qanun qəbul edib.
Bundan əvvəl Paşinyan hökumətinin Avropa ilə yaxınlaşma kursuna sadiq olduğunu bir daha bəyan etmişdi. O, həmçinin ölkənin xarici ticarət əlaqələrinin şaxələndirilməsi siyasətini davam etdirəcəyini bildirmişdi.