Paşinyan Ermənistanın Rusiyadakı səfirini geri çağırır - Gərginlik artır
Dünya
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Rusiyadakı səfiri Qurgen Arsenyanı geri çağırmaq haqda qərar verib.
News24.az xəbər verir ki, sözügedən qərar Ermənistan-Rusiya münasibətlərində gərginliyin artdığı vaxtda verilib.
Məlumata görə, Paşinyan 2024-cü ilin avqustundan diplomatik nümayəndəliyə rəhbərlik edən Qurgen Arsenyanın fəaliyyətindən narazıdır.
Onun bu vəzifədə kiminlə əvəzlənəcəyi hələlik məlum deyil və hazırda konkret namizəd yoxdur.
Hakimiyyət isə məsələ ilə bağlı rəsmi açıqlama verməyib. /Armlur/