Paşinyan Moskvaya gedir
Dünya
Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər edə bilər.
News24.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”-yə açıqlamasında bildirib.
Peskov səfərin dəqiq tarixinin məlum olmadığını deyib.
Peskovun sözlərinə görə, Paşinyanın Rusiyaya səfəri cari ilin sonunadək baş tutmalıdır.