Paşinyan ondan küsən Simonyana vəzifə verdi
Dünya
Ermənistan parlamentinin sabiq sədri Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin edilib.
News24.az xəbər verir ki, o, bu vəzifədə Armen Qriqoryanı əvəz edib.
Müvafiq sərəncamı Baş nazir Nikol Paşinyan imzalayıb.
Daha əvvəl hökumətin iclasında Paşinyan bildirib ki, Qriqoryan Təhlükəsizlik Şurasının katibi kimi iclasda sonuncu dəfə iştirak edir.
O, bu vəzifədə təxminən səkkiz il çalışıb.