Paşinyan onları məhkəməyə verdi
Dünya
Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş deputatlar Sofiya Ovsepyan və Edmon Marukyanı təhqir və böhtan xarakterli ifadələrinə görə məhkəməyə verib.
News24.az xəbər verir ki, Paşinyan onlardan ictimai üzr, məlumatların təkzib olunmasını və pul təzminatı tələb edir.
İddiaya əsasən, Sofiya Ovsepyan məhkəmə qərarı qüvvəyə mindikdən sonra beş iş günü ərzində “hraparak.am” saytında və özünün “Facebook” səhifəsində Paşinyana "alçaq" dediyi üçün üzr istəməli və seçkilərin saxtalaşdırılması, Paşinyanın nəticələri əvvəlcədən bildiyi barədə dediyi sözlərini təkzib etməlidir.
Paşinyan bu ifadələri böhtan hesab edir və 2 milyon dram təhqirə, 4 milyon dram isə böhtana görə mənəvi təzminat istəyir.
Baş nazir həmçinin Edmon Marukyana qarşı da iddia qaldırıb. Marukyan sosial şəbəkədə Paşinyanı seçkiləri saxtalaşdırmaqda ittiham edib. O, bu paylaşımı da təhqir və böhtan hesab edir. Hər iki iddia 9 iyulda məhkəməyə təqdim olunub.
Hazırda onların icraata qəbul edilib-edilməməsi ilə bağlı qərar verilməyib.