Paşinyan onları yenidən postlarına təyin etdi
Dünya
Ermənistan Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərlərini yenidən həmin postlara təyin edib.
News24.az xəbər verir ki, Paşinyan bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Andranik Simonyan yenidən Milli Təhlükəsizlik Xidmətinin, Kristine Qriqoryan isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri olub. (Qafqazinfo)