Paşinyan qalib gəldi, Emənistana 25 milyon ayrıldı
Dünya
Beynəlxalq Valyuta Fondu Ermənistandakı parlament seçkilərində Nikol Paşinyanın partiyasının qələbəsindən sonra ölkəyə təxminən 25 milyon ABŞ dolları ayrılmasını təsdiqləyib.
News24.az xəbər verir ki, bu barədə BVF-nun yaydığı bəyanatda bildirilib.
“BVF-nin İcraiyyə Şurası Ermənistan üçün nəzərdə tutulmuş “Stand-By Arrangement” ehtiyat proqramı çərçivəsində ilk icmalı tamamlayıb. İcmalın başa çatdırılması 18,4 milyon SDR-ə bərabər vəsaitin ayrılmasına imkan verir ki, bu da təxminən 25,1 milyon ABŞ dolları təşkil edir”.
Məlumata görə, Ermənistan hökuməti bu sazişi hələ də preventiv maliyyə mexanizmi kimi qiymətləndirir və zəruri ehtiyac yaranmadığı təqdirdə ayrılan vəsaiti xərcləməyi planlaşdırmır. /RİA/