Paşinyan qardaşı oğlunu Azərbaycanla sərhəddəki vilayətə rəhbər gətirir

Paşinyan qardaşı oğlunu Azərbaycanla sərhəddəki vilayətə rəhbər gətirir Dünya

Ermənistanın baş naziri Nikol Paşinyanın qardaşı oğlu Sipan Paşinyanın Tavuş vilayətinin rəhbəri təyin ediləcəyi bildirilir.

News24.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Məlumata görə, Sipan Paşinyan VII çağırış parlamentdə “Mənim Addımım” Blokundan deputat olub.

Nəşrin iddiasına əsasən, o, daha sonra Ukraynada biznes fəaliyyəti ilə məşğul olub.

Hazırda Tavuşun qubernatoru vəzifəsini Hayk Qalumyan icra edir.

O, baş nazir Nikol Paşinyanın xaç atasıdır. Qalumyan “Vətəndaş Müqaviləsi” Partiyasının seçki siyahısında 49-cu yerdə qərarlaşıb.

İyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, “Vətəndaş Müqaviləsi” Partiyası parlamentdə 64 mandat qazanıb.