Paşinyan Rusiya ilə münasibətlərdən danışdı: "Problem bundadır"
Dünya
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Moskva ya İrəvanla eksklüziv münasibət qurmağa üstünlük verir, ya da ümumiyyətlə münasibətlərin olmamasını istəyir.
News24.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, Ermənistan əvvəllər malik olmadığı alternativlər formalaşdırmaq qərarı verib və bu, təkcə iqtisadi deyil, həm də siyasi istiqaməti əhatə edir.
"Ermənistan Çin, Fransa, ABŞ, Böyük Britaniya, Niderland və digər ölkələrlə strateji tərəfdaşlıq sənədləri imzalayıb. Əvvəllər Ermənistanın bu qədər ölkə ilə belə münasibətləri yox idi, yaxud buna imkan verilmirdi. Problem də məhz bundadır", – deyə Paşinyan vurğulayıb.