Paşinyan Rusiyanı Arbitaj məhkəməsi ilə hədələdi - 2 milyardlıq tələb

Paşinyan Rusiyanı Arbitaj məhkəməsi ilə hədələdi - 2 milyardlıq tələb Dünya

Ermənistan Cənubi Rusiya ilə mübahisəyə səbəb olan Qafqaz Dəmir Yolunun konsessiyası məsələsini Arbitraj Məhkəməsində həll etməyi planlaşdırır.

News24.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Biz məsələni dostcasına həll etmək istəyirik. Lakin hüquqi baxımdan bu məsələ Arbitraj Məhkəməsində də baxıla bilər. Elə məqamlar ola bilər ki, 30 il ərzində heç nə tələb etməmişik, amma indi ildə 2 milyard dollar tələb edəcəyik", – deyə Paşinyan bildirib.

O vurğulayıb ki, dəmir yolu Ermənistanın mülkiyyətidir və dövlət ondan məqsədəuyğun hesab etdiyi şəkildə istifadə etməlidir.

Cənubi Qafqaz Dəmir Yolu 2008-ci ildən Rusiyanın Dəmir Yolları şirkətinin konsessiya idarəçiliyindədir.

Mübahisə Türkiyə və Azərbaycan sərhədlərinə gedən dəmir yolu xətlərinin təmiri məsələsi fonunda gündəmə gəlib.