Paşinyandan sülh sazişi ilə bağlı AÇIQLAMA
Dünya
“Ermənistan yaxın gələcəkdə Azərbaycanla sülh sazişini institusional səviyyədə rəsmiləşdirməyi planlaşdırır”.
News24.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 8-də Ermənistan Milli Məclisinin Dövlət və Hüquq Məsələləri üzrə Daimi Komitəsinin iclasında çıxışı zamanı deyib.
“Biz bu istiqamətdə işləyəcəyik”, -deyə Paşinyan vurğulayıb.
Baş nazir həmçinin TRIPP prosesinin ratifikasiyasının tezliklə başlanmasının vacibliyini vurğulayıb.
Nikol Paşinyan əlavə edib ki, bu layihə həqiqətən inqilabi xarakter daşıyır, çünki Ermənistan “Sülhün kəsişməsi” modelinə transformasiya olunur. /News.am/