Paşinyan sərhədlə bağlı komissiya yaratdı
Dünya
Ermənistan Baş naziri Nikol Paşinyan İranla sərhəd infrastrukturunun inventarizasiyası və İran tərəfi ilə danışıqların aparılması məqsədilə komissiya təyin edib.
News24.az xəbər verir ki, Ermənistan hökumətinin rəsmi portalında yer alan məlumata görə, komissiyaya Xarici İşlər Nazirliyinin Həmsərhəd Ölkələr İdarəsinin rəisi) rəhbərlik edəcək.
Xatırladaq ki, bundan əvvəl TRIPP marşrutunun layihələndirilməsinə hazırlıq işləri çərçivəsində Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan sərhəd zonasına səfər etmişdi.