Paşinyan: "Ümid edək ki, Putin təbrik edəcək"
Dünya
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, müvafiq dəvət alacağı halda Moskvaya səfər edəcək.
News24.az xəbər verir ki, Paşinyan bu barədə iyun ayında Rusiyaya mümkün səfərlə bağlı əvvəlki açıqlamasını şərh edərkən deyib.
“Belə bir qarşılıqlı anlaşma var idi, amma səfər üçün rəsmi dəvət lazımdır. Əgər o göndərilsə, mən gedəcəyəm. Onu mütləq rədd etməyəcəyəm”, — deyə Paşinyan bildirib.
Rusiya Prezidenti Vladimir Putinin hələ də onu parlament seçkilərindəki qələbəsi ilə bağlı təbrik etməməsi sualana isə “Ümid edək ki, təbrik edəcək” deyə cavab verib. /Sputnik Ermənistan/