Paşinyan yeni parlamentdə hərəkətə keçdi - Bu şəxslərə vəzifə verir
Dünya
Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyası yeni parlamentdə vəzifələrin bölüşdürülməsinə başlayıb.
News24.az xəbər verir ki, parlament fraksiyasının rəhbəri vəzifəsinə partiyanın aparat rəhbəri Arusyak Manavazyan iddialıdır.
O, hazırda partiyanın maliyyə məsələlərinə nəzarət edir və baş nazir Nikol Paşinyanın ən etibarlı şəxslərindən biri hesab olunur.
Eyni zamanda, siyasi kulislərdə baş nazirin fraksiya rəhbəri postunda keçmiş səfir Lilit Makuntsu görmək istədiyi barədə söhbətlər gedir.
Makunts əvvəlcə parlament sədri vəzifəsinə əsas namizədlərdən biri hesab olunsa da, sonradan bu vəzifənin Ruben Rubinyana veriləcəyi bildirildi.
Hakim komandada Rubinyanın seçilməsi Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə vəzifəsini icra etməsi ilə izah olunur.
Bundan başqa, "Vətəndaş Müqaviləsi" daxilində Andranik Köçəryanın parlamentin müdafiə komissiyasının sədri vəzifəsindən kənarlaşdırılaraq onun hazırkı müavini Armen Xaçatryanla əvəz ediləcəyi ehtimalları da müzakirə olunur. /Hraparak/